Prezident İlham Əliyev Laura Mattarellanı "Şöhrət" ordeni ilə təltif edib


Siyasət 18 İyl 2018 21:17:00 266 0

Prezident İlham Əliyev Laura Mattarellanı "Şöhrət" ordeni ilə təltif edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laura Mattarellanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Laura Mattarella "Şöhrət" ordeni ilə təltif edilsin".