Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodunun açılışında iştirak edib


Siyasət 18 İyl 2018 14:58:38 280 0

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodunun açılışında iştirak edib

İyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində "SOCAR Polymer" layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev və Prezident Sercio Mattarella tədbirdə çıxış etdilər.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Maire Tecnimont" şirkətinin prezidenti Fabrizio di Amato çıxış etdilər.

Azərbaycan və İtaliya prezidentlərinə zavod haqqında məlumat verildi.

Dövlət başçıları müəssisənin məhsullarına baxdılar.