Tacikistan Prezidenti avqustda Azərbaycana səfərə gələcək


Siyasət 18 İyl 2018 11:11:27 271 0

Tacikistan Prezidenti avqustda Azərbaycana səfərə gələcək

Səfər zamanı iki ölkə arasında sənədlər paketinin imzalanması nəzərdə tutulur

Tacikistan Prezidenti Emoməli Rəhmon avqustda Azərbaycana səfərə gələcək.

"Report"un "Asiya-Plus" saytına istinadən verdiyi xəbərə görə, Tacikistanın dövlət başçısıBakıya Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında səfər edəcək.

Səfər zamanı iki ölkə arasında sənədlər paketinin imzalanması nəzərdə tutulur.

E.Rəhmon avqustda həmçinin Özbəkistana və Türkmənistana da səfər edəcək.