Müvəqqəti işlər vəkili: "Ümid edirəm ki, tezliklə ABŞ-ın Azərbaycandakı yeni səfirinin adını biləcəyik"


Siyasət 17 İyl 2018 16:52:36 338 0

Müvəqqəti işlər vəkili: "Ümid edirəm ki, tezliklə ABŞ-ın Azərbaycandakı yeni səfirinin adını biləcəyik"

"ABŞ Administrasiyası hökumətdə mövcud olan vakant yerləri doldurmaq istiqamətində iş aparır"

"Hazırda ABŞ-ın Azərbaycandakı yeni səfirinin kim olacağı bilinmir, ümid edirəm ki, tezliklə ABŞ-ın diplomatik missiyasının yeni rəhbərinin adını biləcəyik".

Bunu "Report"a ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gill deyib.

Onun sözlərinə görə, ABŞ Administrasiyası hökumətdə mövcud olan vakant yerləri doldurmaq istiqamətində iş aparır: "Bildiyim qədərilə, hökumət qısa zamanda səfir vəzifəsi üzrə boş qalanyerləri doldurmaq niyyətindədir".