Telefon oğrusu tutuldu,


Kriminal 16 İyl 2018 15:15:00 341 0

Telefon oğrusu tutuldu,

İyulun 14-də Qusar Rayon Polis Şöbəsinə müraciət edən C.Nurullayev həmin gün şəhər ərazisindəki çayxanaların birində mobil telefonunun oğurlandığını bildirib.

DİN-dən Son.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.