Gəncədə polisi qətlə yetirən şəxs cinayətdən bir gün ÖNCƏ NƏLƏR EDİB? VİDEO


Kriminal 13 İyl 2018 21:35:00 265 0

Gəncədə polisi qətlə yetirən şəxs cinayətdən bir gün ÖNCƏ NƏLƏR EDİB?  VİDEO

Gəncə hadisələrinin bəzi təfərrüatları bəlli olub. Son.az xəbər verir ki, bu barədə Baş prokurorluq, daxili işlər nazirliyi və dövlət təhlükəsizliyi xidməti birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, istintaq-axtarış əməliyyatı zamanı müəyyən olunub ki, hadisədən bir gün əvvəl Rəşad Böyükkişiyev bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana çıxarıb. Həmçinin, cinayət törətməkdə şübhəli bilinən Bəkram əliyev isə iyulun 9-da Rusiyadan Gəncəyə gəlib. Bu faktlar isə bir daha onu təsdiq edir ki, cinayət qabaqcadan planlaşdırılmış aksiya olub və bilavasitə xaricdən idarə edilib.

Əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb.

Artıq qanlı cinayətin bütün iştirakçıları da müəyyən edilib.Yüksək rütbəli polis zabitlərini qətlə yetirənlərdən biri - Rəşad Böyükkişiyev adlı şəxs bu gün səhər saatlarında hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla zərərsizləşdirilib. Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün səhər saatlarında keçirilən əməliyyat zamanı o, silahlı müqavimət göstərdiyindən yerində məhv edilib.

Gəncədə ictimai asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri - Samir İbrahimovun da gizləndiyi yer müəyyən edilib və keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanıb. Bununla da Gəncədə cinayətin fəal iştirakçılarından 11 nəfəri tutulub, biri isə məhv edilib.