Nazpərinin evindən oğurluq edənlər hakim qarşısında


Kriminal 13 İyl 2018 13:44:00 255 0

Nazpərinin evindən oğurluq edənlər hakim qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirləndirilən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report.az-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məkum olub ki, C.Əliyev Sumqayıt şəhərində anadan olub, ali təhsillidir və əvvəllər məhkumluq həyatı yaşayıb.

R.Verdiyevlə N.Fərəcov da daha əvvəl həbs edilib, məhkumluqları isə ödənilib.

Zərərçəkmişlər - N.Dostəliyeva və digərlərinin məhkəmədə iştirak etmədiyi elan olunub.

Məhkəmənin baxış iclası iyulun 19-na təyin edilib.

Qeyd edək ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.