“Lüt qadını göstərib, adını da qoyurlar erotika”


Kriminal 13 İyl 2018 10:32:00 352 0

“Lüt qadını göstərib, adını da qoyurlar erotika”

Xalq artisti, tanınmış rejissor Eldar Quliyev son illər Azərbaycan kinosunda yaranan boşluqdan danışıb.

Son.az xəbər verir ki. yenicag.az-a açıqlama verən rejissor son iki il ərzində Kinostudiya tərəfindən heç bir film istehsal olunmadığını bildirib:

"Son iki il ərzində Kinostudiyada filmlər çəkilmir. Səbəbini bilmirəm. Elə özüm də son illər film çəkməmişəm. Qeyri-peşəkarlar tərəfindən kommersiya xarakterli filmlər çəkilir ki, onlara da baxmıram. Baxmadığım filmlər barədə də heç bir fikir söyləyə bilmərəm".