Azərbaycan Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq


Kriminal 12 İyl 2018 14:02:00 307 0

Azərbaycan Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq

Azərbaycan Xalça Muzeyi 25-27 oktyabr tarixlərində Bakı şəhərində "Keçə sənətində kəsişmə nöqtələri" mövzusunda III Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışlar" simpoziumuna ev sahibliyi edəcək. Bu tədbirə Amerika, Avropa və Asiya ölkələrindən çoxsaylı iştirakçılar qatılacaqlar. Beləliklə, Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq,

Belə ki, keçəçilik sənəti üzrə dünyada tanınmış mütəxəssis, Şotlandiyanın San Andryus (St Andrews) Universitetinin nüfuzlu professoru Stefani Bunn Azərbaycana gələcək. O, "Keçə mədəniyyətinin Avrasiyadakı kəsişmə nöqtələri" mövzusunda məruzə ilə çıxış edəcək.

Stefani Bunn San Andyus (St Andrews) Universitetində Orta Asiyanın keçə sənətini və Şotlandiyanın toxuculuq sənətini araşdıraraq, sosial antropologiya mövzusunda mühazirələr oxuyur. O, Qırğızıstanın keçəçilik sənətinə həsr edilmiş əsərləri toplayaraq Britaniya Muzeyində ilk sərgisini təşkil edib. Stefani Bunn həmçinin, "Nomadic Felt" jurnalının müəllifi və "Anthropology  and Beauty" nəşrinin redaktorudur. Hal-hazırda o, "Woven Communities" layihəsinin rəhbəridir.