Azərbaycan və Bolqarıstan XİNləri arasında siyasi məsləhətləşmələr keçirilib


Siyasət 11 İyl 2018 19:42:00 66 0

Azərbaycan və Bolqarıstan XİNləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Bolqarıstan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

XİN-dən Son.az-a verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Bolqarıstan tərəfindən isə xarici İşlər nazirinin müavini Yuri Şterk rəhbərlik ediblər.

Bolqarıstanlı nazir müavini başçılıq etdiyi nümayəndə heyətinin Bakıda dostcasına qəbul olunmasına görə minnətdarlıq bildirərək, iki ölkə arasında siyasi münasibətlərin və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycanla Bolqarıstan arasında aparılan dialoqun intensiv və səmimi xarakter daşıdığını diqqətə çatdırıb. İkitərəfli münasibətlərin dövlət başçıları tərəfindən 2015-ci ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin ruhuna uyğun şəkildə inkişaf etdiyini söyləyərək, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin də yüksələn xətlə irəliləməsini gözlədiyini ifadə edib.

Nazir müavini Xələf Xələfov Azərbaycanla Bolqarıstanın tarixən bir-birinə maraq göstərdiyini yada salaraq, bugünkü ikitərəfli münasibətlərin də müsbət dinamika ilə seçildiyini, hər iki ölkənin rəhbərliyi səviyyəsində qarşılıqlı anlaşmanın olduğunu, beynəlxalq gündəlikdə duran bir sıra məsələlər üzrə Azərbaycan və Bolqarıstanın üst-üstə düşən və ya oxşar mövqe tutduğunu qeyd edib. XİN-lər arasında təmaslar, o cümlədən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Sofiyaya planlaşdırılan səfəri, habelə hər iki ölkənin müvafiq nazirliklər və dövlət qurumları arasında qarşılıqlı səfərlərin faydalı olmasından bəhs edilib.

X.Xələfov Bolqarıstanın həmişə Avropa İttifaqı səviyyəsində Azərbaycanla əməkdaşlıq məsələlərinin təşviqinə görə qarşı tərəfə təşəkkür bildirərək, ölkəmizin xarici əlaqələr sistemində Avropa İttifaqının mühüm yer tutduğunu qeyd edib. O, Bolqarıstanla kifayət qədər inkişaf etmiş müqavilə-hüquq bazasının mövcud olduğunu qeyd edərək, həmin zəmin üzərində energetika, nəqliyyat və kommunikiasiyalar və digər sahələrdə əməkdaşlığın aparıldığını bildirib. Bununla belə, bu günə olan qarşılıqlı ticarət dövriyyəsinin ikitərəfli münasibətlərin potensialına cavab vermədiyi və iqtisadi əməkdaşlığa əlavə təkan verməsi məqsədilə müvafiq hökumətlərarası komissiyanın fəaliyyəti, müxtəlif biznes-forumların təşkili və s. addımlar atılmasının, qarşılıqlı sərmayələrin yatırılmasının vacibliyi qeyd edilib.

X.Xələfov Azərbaycanın Avropa məkanında, Əfqanıstan və Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin təmin edilməsinə, beynəlxalq terrorçuluqla mübarizəyə mühüm töhfə verdiyini, bu məsələlərdə Avropa İttifaqı ilə əməkdaşlıq etdiyini xatırladaraq, ölkəmiz üçün ümdə əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyün bərpa olunması əsasında nizama salınmasının zərurətini vurğulayıb.

Bolqarıstanlı nazir müavini ikitərəfli münasibətlərin hazırkı durumu, habelə onların gələcək inkişafı barədə səsləndirilən qənaətlərlə razı olduğunu qeyd edərək, onun ölkəsinin həmişə Avropa İttifaqı çərçivəsində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirməsi və şaxələndirilməsinin tərəfdarı olduğunu bildirib. O, tərəflər arasında qəbul olunması üçün hazırlanan ayrı-ayrı sənəd layihələri üzərində dayanaraq, təhsil, mədəniyyət, sosial təminat, əmək miqrasiyası, kənd təsərrüfatı, yeyinti sənayesi, maşınqayırma, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlıq perspektivlərinə toxunub.

Müzakirələr zamanı tərəflər Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə əlaqədar Bolqarıstan qarşısında açılan yeni imkanlar, kənd təsərrüfatı və bu sahədə ixracın təşviqi barədə fikir mübadiləsi aparıb. Görüş zamanı həmçinin, qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilib.

Elmar Məmmədyarov həmsədrlərlə görüşdü like
  • 11 İyl 19:40  
Siyasət Elmar Məmmədyarov həmsədrlərlə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə ATƏT-in Mi

arrow Ətraflı
"Aynurla gecə saat birdə ..."  Ərindən ayrılan müğənnini like
  • 11 İyl 19:36  
Digərləri "Aynurla gecə saat birdə ..." Ərindən ayrılan müğənnini

Zaur Kamalın verilişində qonaq olan Aynur Dadaşova aparıcının "təxr

arrow Ətraflı
Moskva bazarlarında radioaktiv məhsullar aşkar edildi like
  • 11 İyl 19:24  
Dünya Moskva bazarlarında radioaktiv məhsullar aşkar edildi

Moskva bazarlarında tərkibində radioaktiv sezium maddəsi olan məhsullar aş

arrow Ətraflı
Şəmkir sakinindən silah götürülüb like
  • 11 İyl 19:23  
Digərləri Şəmkir sakinindən silah götürülüb

Şəmkir rayon sakini Mübariz Lətifoğludan küstar üsulla düzəldilmiş tap

arrow Ətraflı
Paşinyan və Brüssel: Moskvanın sərt baxışları altında "müstəqillik tanqosu" like
  • 11 İyl 19:18  
Dünya Paşinyan və Brüssel: Moskvanın sərt baxışları altında "müstəqillik tanqosu"

İnsanlar yenə də aldandılar. Bu dəfə erməniləri "küçə demokratı

arrow Ətraflı
Kluninin qəzaya düşmə anı like
  • 11 İyl 19:12  
Digərləri Kluninin qəzaya düşmə anı

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Corc Kluni qəzaya düşüb.

arrow Ətraflı
Atletico Real-ın yetirməsini transfer edib like
  • 11 İyl 19:05  
İdman Atletico Real-ın yetirməsini transfer edib

Atletico  heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az x

arrow Ətraflı
Elmar Məmmədyarov Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb like
  • 11 İyl 19:04  
Digərləri Elmar Məmmədyarov Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə ATƏT-in Minsk qrupunun h

arrow Ətraflı
Gəncədə qətlə yetirilən polislər niyə silah çıxarmadı? like
  • 11 İyl 19:00  
Digərləri Gəncədə qətlə yetirilən polislər niyə silah çıxarmadı?

Son.az aktual.az-a istinadla Anar Yusifoğlunun yazısını təqdim edir:

arrow Ətraflı
Polisin qətlində şübhəli bilinənlərdən biri tutuldu like
  • 11 İyl 18:57  
Digərləri Polisin qətlində şübhəli bilinənlərdən biri tutuldu

Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozm

arrow Ətraflı