Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın prioritetləri barədə sənəd paraflanıb


Siyasət 11 İyl 2018 14:29:53 240 0

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın prioritetləri barədə sənəd paraflanıb

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının sədri Donald Tusk iştirak ediblər

BrüsseldəAzərbaycanlaAvropa İttifaqı (Aİ) arasında əməkdaşlığın prioritetləri barədə sənədin paraflanması mərasimi keçirilib.

"Report" xəbər verir ki, məlumatıAvropa İttifaqının mətbuat xidməti yayıb.

Mərasimdə Azərbaycan Prezidentiİlham Əliyev vəAvropa İttifaqı Şurasının prezidenti Donald Tuskuniştirak ediblər.

Sənədi Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini imzalayıblar.

Sənədin paraflanması iləAzərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın prioritetləri barədə sənədin mətni üzrədanışıqlar yekunlaşıb.