XİN rəsmisi: "Hərbi tribunalların təşkili üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmalıdır"


Siyasət 11 İyl 2018 12:01:13 91 0

XİN rəsmisi: "Hərbi tribunalların təşkili üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmalıdır"

Beynəlxalq hüquq və BMT Nizamnaməsinə görə hərbi tribunalların təşkil edilməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, hələ ki belə bir qətnamə yoxdur: "Ermənistan tərəfindən müharibə dövründə Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlər törədilməsinə baxmayaraq, hələ də BMT Təhlükəsizlik Şurası tərəfindən belə bir tribunalların təşkil edilməsi barədə qətnamə qəbul edilməyib. Bu da məsələnin hüquqi müstəvidə hərbi tribunal səviyyəsinə çıxarılmasına mane olan amillərdən biridir".

H.Hacıyev bildirib ki, Azərbaycan məsələ ilə bağlı müxtəlif səviyyələrdə müzakirə və məsləhətləşmələr aparıb:

"Amma ilk növbədə BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə bu qəbildən olan qətnamə qəbul edilməlidir ki, xüsusi hallarda nəzərdə tutulan tribunallar təşkil edilsin. Bununla bərabər Ermənistan beynəlxalq məhkəmələrin yurisdiksiyasını qəbul etmir".

XİN rəsmisi əlavə edib ki, Ermənistanın münaqişə dövründə Azərbaycana qarşı törətdiyi əməllərinə görə bir dövlət olaraq məsuliyyət daşıması ilə bərabər, Ermənistanın siyasi hərbi rəhbərliyində olan, bu əməllərin törədilməsində bilavasitə iştirak edən şəxslər də məsuliyyət daşıyırlar:

"Ermənistan özü sivil davranış nümayiş etdirərək bu şəxsləri cəzalandırmalıdır. Amma təəssüf ki, Ermənistan tərəfindən bu addımlar atılmır. Məsələn, Manvel Qriqoryan vaxtilə Ermənistan müdafiə nazirinin müavini olub. Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərdə iştirak edib. 2014-cü ildə "Azadlıq" radiosunun Ermənistan bürosuna verdiyi müsahibəsində özü açıq şəkildə etiraf edib ki, 200-dən artıq mülki Azərbaycan vətəndaşını girov götürüb, onları öz şəxsi təsərrüfatında işlədib. Lakin həmin şəxsə qarşı yalnız korrupsiya ilə bağlı cinayət işi başlanıb. Əgər Ermənistan bu gün insan hüquqlarından dəm vurursa, bu kimi cinayətlərə də aydınlıq gətirməlidir".

Ata azyaşlı qızına küçədə təcavüz edən oğlanı xədim etdi  VİDEO like
  • 11 İyl 11:58  
Digərləri Ata azyaşlı qızına küçədə təcavüz edən oğlanı xədim etdi VİDEO

Türkiyədə orta yaşlı kişi 13 yaşlı qızına təcavüz edən oğlanı xə

arrow Ətraflı
Şəxsi istifadə üçün gətirilən telefonların satışının qarşısı alınacaq like
  • 11 İyl 11:54  
Digərləri Şəxsi istifadə üçün gətirilən telefonların satışının qarşısı alınacaq

Şəxsi istifadə üçün Azərbaycana gətirilən mobil telefonlar kommersiya m

arrow Ətraflı
Cavid İmamverdiyev transferə çıxarıldı like
  • 11 İyl 11:50  
İdman Cavid İmamverdiyev transferə çıxarıldı

Sumqayıt Azərbaycan millisinin futbolçusu Cavid İmamverdiyevi transfer

arrow Ətraflı
Nazir: "Azərbaycanda meşələrin inventarlaşdırılmasına başlanılıb" like
  • 11 İyl 11:49  
Digərləri Nazir: "Azərbaycanda meşələrin inventarlaşdırılmasına başlanılıb"

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Meşə Dialoqu ç

arrow Ətraflı
Balacalarımızla böyüyən PROBLEM  FOTO like
  • 11 İyl 11:41  
Digərləri Balacalarımızla böyüyən PROBLEM FOTO

Azərbaycan kino sənətinin yaranmasından bir əsrdən çox vaxt keçib. Mavi

arrow Ətraflı
Bakıda 77 nəfər günvurma şikayəti ilə xəstəxanaya müraciət edib like
  • 11 İyl 11:30  
Digərləri Bakıda 77 nəfər günvurma şikayəti ilə xəstəxanaya müraciət edib

Havaların isti keçməsi ilə əlaqədar may ayından indiyədək Bakı Şəhə

arrow Ətraflı
Bakı Ali Neft Məktəbində ilk MBA proqramına qəbul 100% oldu like
  • 11 İyl 11:28  
Digərləri Bakı Ali Neft Məktəbində ilk MBA proqramına qəbul 100% oldu

Bakı Ali Neft Məktəbində ilk MBA proqramına qəbul 100% oldu.

arrow Ətraflı
İğtişaş ideoloqlarının unutduqları məqam... like
  • 11 İyl 11:28  
Digərləri İğtişaş ideoloqlarının unutduqları məqam...

Azərbaycan polisinin vəzifə borcu üçün ölümü qəbul edə biləcəyini

arrow Ətraflı
Adada yad oğlanlarla əylənən modelin sevgilisinin cəsədi tapıldı  FOTO like
  • 11 İyl 11:26  
Digərləri Adada yad oğlanlarla əylənən modelin sevgilisinin cəsədi tapıldı FOTO

İngiltərənin İTV kanalında yayımlanan "Love Island" (eşq adası

arrow Ətraflı
Ağcabədidə qanunsuz ov edənlər cərimələndi like
  • 11 İyl 11:24  
Digərləri Ağcabədidə qanunsuz ov edənlər cərimələndi

Ağcabədidə qanunsuz ov edənlər cərimələndi.

arrow Ətraflı
Türkiyə ordusu PKK-nın 30-a yaxın dayaq məntəqəsini məhv edib like
  • 11 İyl 11:24  
Digərləri Türkiyə ordusu PKK-nın 30-a yaxın dayaq məntəqəsini məhv edib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında əməliyyatları davam e

arrow Ətraflı