Azərbaycan Prezidenti iki hakimə “Əməkdar hüquqşünas” fəxri adı verib


Siyasət 10 İyl 2018 18:30:00 265 1

Azərbaycan Prezidenti iki hakimə “Əməkdar hüquqşünas” fəxri adı verib

Prezident İlham Əliyev "Əməkdar hüquqşünas" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama görə, Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aşağıdakı hakimlərinə "Əməkdar hüquqşünas" fəxri adı verilir:

Rövşən Rəhim oğlu İsmayılova

İsa Əli oğlu Nəcəfova.