Gədəbəydə adamı öldürüb çaya atmış şəxs tutuldu


Kriminal 10 İyl 2018 13:06:00 270 0

Gədəbəydə adamı öldürüb çaya atmış şəxs tutuldu

İyulun 6-da Gədəbəy rayonunda Cəyir çayının Günəş kəndinin ərazidindən keçən hissəsində Ərtəpə kənd sakini, iyulun 2-dən itkin düşmüş Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması ilə əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

DİN-dən Son.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.