Ramiz Əzizbəyli illər sonra efirdə VİDEO


Kriminal 09 İyl 2018 14:42:00 442 0

Ramiz Əzizbəyli illər sonra efirdə  VİDEO

Uzun zamandır ki, beynin işemik insultu xəstəliyindən əziyyət çəkən xalq artisti Ramiz Əzizbəyli evinin qapılarını “Xəzər maqazin”ə açıb http://qafqazinfo.az/news/detail/ramiz-ezizbeyli-iller-sonra-efirde-video-224216

Uzun zamandır ki, beynin işemik insultu xəstəliyindən əziyyət çəkən xalq artisti Ramiz Əzizbəyli evinin qapılarını "Xəzər maqazin"ə açıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə həftə sonra 70 yaşı tamam olacaq aktyor səhhəti barədə qısa açıqlama verib: "Allaha şükür ki, yaxşıyam, şikayətim yoxdur. Bu yaxınlarda 70 yaşım tamam olacaq. Heç bilmədim ömrüm necə gəlib-getdi. Məhsuldar işçiyəm. İdmançı həyatı yaşamışam. Şair, kafedra müdiri olmuşam. Bundan artıq nə deyim?"

Xalq artisti bu yaxınlarda baba olduğunu da bildirib: "Qız var idi, indi də oğlan oldu. Qızımın övladı dünyaya gəldi. Rəhmətə gedən qardaşım Seymurun adını qoymuşam".

R. Əzizbəyli daha sonra "Bəxt üzüyü 2" filmini tənqid edib: ""Bəxt üzüyü 2" filminə baxmışam, xoşuma gəlməyib. Film bir dəfə çəkilər. "Bəxt üzüyü 1" filmində  mahnı oxumuşam, şeirlərini, ssenarisini yazmışam. Tam səlahiyyətli müəllifiyəm. Allah rəhmət eləsin, Vaqif Səmədoğludan icazə aldım, ssenarisini yazdım".