Əməkdar artist: "Məni oğlumla görəndə dostları deyir ki, o sənin bacındır?" FOTO


Kriminal 06 İyl 2018 21:10:00 377 0

Əməkdar artist: "Məni oğlumla görəndə dostları  deyir ki, o sənin bacındır?"  FOTO

Əməkdar artist Hüsniyyə Mürvətovanın Son.az-a müsahibəsi.

- Hüsniyyə xanım, son zamanlar sosial şəbəkələrdə şeir deyərkən paylaşdığınız videoları görürəm. Şeir deyərkən ağlınızdan nə keçir?

- Hər şeirdə özümü bir başqa cür hiss edirəm, çünki şeir də bir obrazdır, bir yaşantıdır. Onu, həqiqətən, ürəkdən yaşayanda o səsə də, simaya da yansıyır və tamaşaçılar tərəfindən sevilir.

- Şeir deyərkən özünüzü necə hiss edirsiniz?

- Əlbəttə ki, çox yaxşı hiss edirəm. Şeirlə yaşayıb, onu ruhuma hopdururam.

- Həyatda insanlara qarşı ehtiyatınız varmı?

- İnsanlara çox inanıram, amma ehtiyatımı da əldən vermirəm.

- Olmaya güvəndiyiniz insanlar sizi yanıldıblar?

- Xeyr, Allah həmişə mənim qarşıma yaxşı insanlar çıxarıb.

- Bəs siz özünüz xaraktercə necə insansınız?

- Çox səbirsiz insanam, bu səbirsizlik məni gərginliyə, əsəbiliyə gətirib çıxarır. Mən səbrli olsam, daha çox şeylərə nail olaram, daha yaxşı olar hər şey.

- Bəlkə zaman sürətlə gedir, siz çatmırsız?

- Bəli, elə ona görə. Həmişə nələrsə etməyə tələsirəm, qorxuram ki, vaxt çatmaz.


Xəbərə aid foto