Gənc aktyorların kastinqi elan edilir


Kriminal 06 İyl 2018 20:00:00 356 0

Gənc aktyorların kastinqi elan edilir

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı  gənc aktyorların kastinqini elan edir.

Kastinqdə aktyorluq təhsili almış və ya hal-hazırda aktyorluq üzrə təhsil alan 18-22 yaşlı oğlan və qızlar iştirak edə bilər.

Kastinqin keçirilməsində məqsəd  gənc aktyor nəslinin yaradıcılıq potensialının üzə çıxarılması və teatr sənətinə yeni adların gətirilməsidir.

Maraqlananlar bazar günlərindən başqa hər gün saat 10:00-dan 18:00-dək teatra müraciət edə bilərlər.