İşlədi, qazandı, sonda maaşını qonşu qadın kartdan oğurladı


Kriminal 06 İyl 2018 13:59:00 294 0

İşlədi, qazandı, sonda maaşını qonşu qadın kartdan oğurladı

İyulun 5-də Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini Z.Mirzəyeva iyun ayının 30-na keçən gecə mənzilindən maaş kartının oğurlandığını və hesabındakı 500 manatın çıxarıldığını bildirib. 

DİN-dən Son.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qonşu qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb. 

X.Əhədova qonşusunun evindən kartı oğurladıqdan sonra kodu üzərində olduğundan həmin məbləği çıxararaq xərclədiyini  etiraf edib.