Rusiyalı həmsədr: “Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün tarixi yaxın vaxtlarda açıqlana bilər”


Siyasət 06 İyl 2018 12:39:00 301 0

Rusiyalı həmsədr: “Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün tarixi yaxın vaxtlarda açıqlana bilər”

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.

Son.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

İ. Popov deyib ki, həmsədrlər hələlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı açıq bəyanatlardan çəkinirlər: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin incəliyini nəzərə alaraq Minsk qrupunun həmsədrləri hələlik bu mövzu ilə bağlı hər hansı açıq çıxışlardan çəkinirlər".