Davud Ağayev “Dolma” restoranının qarşısında güllələndi FOTO


Kriminal 04 İyl 2018 11:25:23 628 0

Davud Ağayev “Dolma” restoranının qarşısında güllələndi  FOTO

Ötən gün iyulun 3-də Kiyevdə azərbaycan mətbəxi restoranı "Dolma"nın qarşısında azərbaycanlı güllələnib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Kiyevin Qoloseyevsk rayonunda, Antonoviç küçəsində yerləşən restoranın qarşısında naməlum şəxs "Makarov" tapançasından atəş açıb. Nəticədə restorandan çıxan azərbaycanlı yaralanıb və xəstəxanada keçinib. Hüquq-mühafizə orqanları bu qətlin sifarişli olduğu haqda ilkin versiya irəli sürüblər, amma öldürülən şəxsin adını açıqlamayıblar.

Lakin bu gün Ukrayna Ali Radasının deputatı İqor Mosiyçuk həmin şəxsin adını özünün Facebook səhifəsində açıqlayıb. "Öldürülən şəxs azərbaycanlı Aqael Dauddur, kriminal avtoritet "Oleq Bakinski"yə yaxın şəxsdir", - deputat yazıb.