Qəbiristanlıqdan oğurluq edən şəxslər tutuldular


Kriminal 30 İyn 2018 13:29:00 284 0

Qəbiristanlıqdan oğurluq edən şəxslər tutuldular

İyunun 28-nə keçən gecə Sabunçu qəsəbəsi ərazisindəki qəbiristanlıqların birindən 10 qəbirin ətrafına çəkilmiş məhəccərin qapılarının oğurlanması barədə  Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət daxil olub. 

Son.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri Valeh Babayev və Fərid Əliyev olduqları müəyyən edilib.