Əfqanıstan prezidenti: "Taliban"la əldə olunmuş atəşkəsin müddəti başa çatıb"


Siyasət 30 İyn 2018 10:44:51 260 0

Əfqanıstan prezidenti: "Taliban"la əldə olunmuş atəşkəsin müddəti başa çatıb"

"Hərəkatın bir çox üzvləri sülh şəraitində yaşamaq istəyirlər"

Əfqanıstan prezidenti Məhəmməd Əşraf Qəni "Taliban" hərəkatı ilə əldə olunmuş atəşkəsin müddətinin bitməsini elan edib.

"Report"un "Tolonews"a istinadən verdiyi məlumata görə, o,Əfqanıstan təhlükəsizlik qüvvələrinin əməliyyatları davam etdirəcəyini də bildirib.

"Taliban"ın bir çox üzvləri sülh şəraitində yaşamaq istəyirlər. Əfqanıstan hökuməti yaraqlılara təhlükəsizlik zonaları yaratmayacaq. Mən"Taliban"ı siyasi qüvvə kimi görmək istəyərdim", - prezident qeyd edib.