Rusiya Trampı DÇnin final matçına dəvət edəcək?


Siyasət 29 İyn 2018 18:54:00 269 0

Rusiya Trampı DÇnin final matçına dəvət edəcək?

Rusiya hökumətinin ABŞ Prezidenti Donald Trampı futbol üzrə dünya çempionatının final matçına dəvət etmək üçün xüsusi niyyəti yoxdur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, rəsmi Moskva final matçında xarici ölkə liderlərini görməkdən məmnun olacaq və bunun üçün xüsusi dəvətə ehtiyac yoxdur.

Qeyd edək ki, dünya çempionatında final matçı iyulun 15-də keçiriləcək. İyulun 16-da isə Vladimir Putinlə Donald Trampın Helsinkidə görüşü planlaşdırılır.