"Aqrokimyəvi vasitələrin ölkəyə gətirilməsinə bir neçə qurum nəzarət edəcək"


Siyasət 29 İyn 2018 13:52:00 309 0

"Aqrokimyəvi vasitələrin ölkəyə gətirilməsinə bir neçə qurum nəzarət edəcək"

Nazirlər Kabineti Azərbaycana aqrokimyəvi vasitələrin gətirilməsi, qeydiyyata alınması ilə bağlı mövcud qərara dəyişikliklər edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

Q.Təhməzli bildirib ki, bir neçə qurum bu işə nəzarət edəcək:

"Bunlar Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri və Qida Təhlükəsizliyi Agentliyidir".