Norveç səfirinin diplomatik fəaliyyəti başa çatır


Siyasət 28 İyn 2018 17:04:00 268 0

Norveç səfirinin diplomatik fəaliyyəti başa çatır

Xarici işlər naziri Elmar Məmmədyarov Norveçin Azərbaycandakı səfiri Bard İvar Svendseni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, görüş zamanı enerji sahəsində ölkələrimiz arasında etibarlı tərəfdaşlıq yüksək qiymətləndirilib.

Səfir B.İ.Svendsen diplomatik fəaliyyətinin həyata keçirilməsi üçün göstərilmiş dəstəyə görə Azərbaycan Respublikasına təşəkkür edib. E.Məmmədyarov B.İ.Svendsenə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.