Xalq artisti xəstəxanaya yerləşdirildi


Kriminal 28 İyn 2018 16:34:00 371 0

Xalq artisti xəstəxanaya yerləşdirildi

Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin səhhəti pisləşib.

Son.az APA-ya istinadən bildirir ki, o Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. 

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib və orada işə başlayıb. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.