OBA marketdən yağ oğurlayan şəxsə hökm oxundu


Kriminal 28 İyn 2018 16:00:00 311 0

OBA marketdən yağ oğurlayan şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda və adam bıçaqlamaqda təqsirləndirilən Emin Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report.az-a istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Sadıqov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, E.Sadıqov Cinayət Məcəlləsinin 181.2.5-ci (soyğunçuluq niyyəti ilə özgə əmlakını ələ keçirmə, silah və ya silah qismində əşya istifadə edilməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.