Siqaretlərə tətbiq edilən vergi artırıldı


Siyasət 27 İyn 2018 14:24:00 261 0

Siqaretlərə tətbiq edilən vergi artırıldı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1186-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda istehsal olunan tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat (bundan əvvəl 4 manat) aksiz dərəcəsi tətbiq ediləcək.

Digər dəyişikliyə uyğun olaraq, siqarlar, ucları kəsilən siqarlar və siqarillalara isə (nazik siqarlar) 1000 ədədinə 20 manat (bundan əvvəl 10 manat) vergi tətbiq olunacaq.