Yeni yaradılan dövlət qurumunun adı dəyişdirilib
Siyasət 26 İyn 2018 16:39:40 302 0
Aparatın işçilərinin say həddi 240 ştat vahidi müəyənləşdirilib
“Report” xəbər verir ki, sənədə əsasən, yeni yaradılanKiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin adı dəyişdirilirək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adlandırılıb.
Sənədə əsasən, mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquqmüəyyənedici sənədlərin vahid “G2B” (dövlət–biznes) elektron reyestri yaradılacaq.
Sənədlə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturu”, və “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı” təsdiqlənib.
Agentliyin nizamnamə fondu 5 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Agentliyin Aparatının işçilərinin say həddi 240 ştat vahididir.