"Azərbaycan ordusu dünyanın birincilərindəndir" Komitə sədri


Siyasət 26 İyn 2018 13:30:00 278 0

"Azərbaycan ordusu dünyanın birincilərindəndir"  Komitə sədri

Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malik ölkəyə çevrilib, ordumuzun yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, maddi-texniki təminatı baxımından nümunəvi dövlət kimi qəbul edilir.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri vurğulayıb ki, ordumuz 100 illik yubileyi konkret uğurlar və qələbələrlə qeyd edir:

"2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar bir daha sübut etdi ki, Azərbaycan Ordusu özünün döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlığı baxımından nəinki Ermənistan ordusundan qat-qat üstündür, o, hətta dünyanın ən qabaqcıllarındandır.

Bütün bunlar əminliklə deməyə imkan verir ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hər an torpaqlarımızı düşməndən təmizləməyə və ərazi bütövlüyümüzü təmin etməyə qadirdir".