AŞPAda Səməd Seyidovun əvəzinə yeni həmməruzəçi təyin olundu


Siyasət 26 İyn 2018 13:15:00 278 0

AŞPAda Səməd Seyidovun əvəzinə yeni həmməruzəçi təyin olundu

Avropa Şurası Parlament Assambleyasının üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə Monitorinq Komitəsinin iclasında Səməd Seyidovun yerinə Serbiya üzrə yeni həmməruzəçi təyin edilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə komitənin iclasında iştirak edən Serbiya nümayəndə heyətinin sədri Aleksandra Tomic məlumat verib.

Britaniyalı Robert Godvil yeni həmməruzəçi təyin olunub. Digər həmməruzəçi isə finlandiyalı Maria Guzennia olaraq qalır.