Şəmkirdə qadını döyüb xəstəxanalıq etdilər


Kriminal 25 İyn 2018 15:43:00 239 0

Şəmkirdə qadını döyüb xəstəxanalıq etdilər

Şəmkir sakini qonşusu tərəfindən döyülüb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

Aşağı Seyfəli kənd orta məktəbində xadimə işləyən, 1963-cü il təvəllüdlü Mahmudova Marifə Mikayıl qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.