"Yeni nəsil dəvət edir" layihəsi davam edir


Kriminal 22 İyn 2018 17:04:00 268 0

"Yeni nəsil dəvət edir" layihəsi davam edir

Beynəlxalq Muğam Mərkəzinin "Yeni nəsil dəvət edir" möhtəşəm  layihəsi davam edir. İyunun 21- də Beynəlxalq Muğam Mərkəzində Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri "Vətənimizi sevirik" adlı geniş konsert proqramı ilə çıxış ediblər.

Konsert Beynəlxalq Muğam Mərkəzinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində reallaşıb. "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçib: Azərbaycan və Fransız musiqisi axşamı, G. Figeyredonun "Ezop" tamaşası, M.F. Axundzadənin "Hekayəti Müsyo Jordan Həkimi-nəbatat və Dərviş Məstəli Şah Caduküni Məşhur" və "Sərgüzəşti vəziri xani Lənkəran" tamaşaları, Etüd müsabiqəsi, Beynəlxalq qadınlar gününə , Novruz bayramına həsr olunmuş konsertlər, bəstəkar Elza İbrahimovaya həsr olunmuş gecə, aşıq musiqisi konserti və digər maraqlı tədbirlər.


Xəbərə aid fotolar