Bakıda CAMCA 2018 regional forumu işə başlayıb


Siyasət 22 İyn 2018 11:45:31 253 0

Bakıda CAMCA 2018 regional forumu işə başlayıb

Frederik Starr: "Regionun infrastrukturunun inkişafı qarşımızda yeni imkanlar açır"

Bakıda CAMCA (Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan) Regional Forumu işə başlayıb.

"Report" xəbər verir ki, forumda regional əməkdaşlıq məsələləri müzakirə edilir.

Forumun açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bu forumun Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: "Ümid edirəm ki, CAMCA regional forumu zamanı yalnız regional əməkdaşlığın müxtəlif mövzularını müzakirə etməyəcəksiniz, həm də Azərbaycanı yaxından tanımaq imkanınız olacaq".

Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri Frederik Starrın sözlərinə görə, dünya əsaslı şəkildə dəyişir və bu gün regional infrastrukturun inkişafına kəskin ehtiyac var.

"Regionun infrastrukturunun inkişafı qarşımızda yeni imkanlar açır. Azərbaycan, Gürcüstan və Qazaxıstan kimi region ölkələri təşəbbüs göstərərk infrastruktura daha çox sərmayə qoymalıdır. Əks halda, bu fürsətdən başqaları yararlanacaq", - o deyib.

Onun sözlərinə görə, bu baxımdan Şərq-Qərb nəqliyyat dəhlizi xüsusi əhəmiyyət kəsb edir.