Bakıda gənc oğlan dostu tərəfindən bıçaqlanıb


Kriminal 22 İyn 2018 08:25:00 242 0

Bakıda gənc oğlan dostu tərəfindən bıçaqlanıb

Gənc oğlana dostu iki bıçaq zərbəsi vurub

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Rəcəbov Eltun Elxan oğlu dostu ilə çay evindən çıxaraq "Ağ Saray" şadlıq evinin həyətyanı ərazisində mübahisə ediblər.

Mübahisənin sonunda dostu E.Rəcəbova iki bıçaq zərbəsi vurub. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.