Xalq artisti şikayətləndi: "Sənət aləmində dostum yoxdur"


Kriminal 21 İyn 2018 21:05:00 302 0

Xalq artisti şikayətləndi: "Sənət aləmində dostum yoxdur"

Xalq artisti Ramiz Novruzun Son.az-a müsahibəsi.

- Ramiz bəy, teatrda oynayırsınız, film və seriallarda çəkilirsiniz. Hansı daha çox ruhunuzu oxşayır?

- Teatr digər sadaladığınız sahələrin başlanğıcıdır. Təbii ki, bu baxımdan teatr mənim üçün birincidir. Seriallar, filmlər də vacibdir. Çünki teatrda işləyən aktyor film və seriallara dəvət alanda hiss edir ki, mən yalnız teatrda yox, kənarda da lazımam.

- Bu sferadakı insanlarla dostluq edirsiniz?

- Siz bu sualı mənə verdiniz, "7 oğul istərəm" filmindəki Cəlalın sözləri yadıma düşdü: "Ürəyimi nişan al, Kələntər dayı" (gülür). Gözəl, sənətinə və özünə hörmət etdiyim insanlar var, amma bu gün konkret deyə bilmərəm ki, sənətdə dostum var. Bu sənətin mayasında nəsə var ki, şöhrət azarı insanları çox şeyə vadar edir. Bu azar imkan vermir ki, bu sahədə səmimi dost olasan.

- Müasir dövrlə ayaqlaşa bilirsiniz?


Xəbərə aid fotolar