ATƏTin 25 daimi nümayəndəsi Azərbaycana gəlib


Siyasət 21 İyn 2018 09:37:00 492 0

ATƏTin 25 daimi nümayəndəsi Azərbaycana gəlib

ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana gəlib.

Son.az APA-ya istinadən xəbər verir ki, əvvəlcə Ermənistan və Gürcüstana səfər etmiş səfirlər ölkə rəhbərliyi, parlament nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəklər.

Bildirilir ki, səfərin məqsədi səfirlərin ATƏT öhdəlikləri və prinsiplərinə uyğun olaraq stabillik, sülh və rifaha dəstəklərini nümayiş etdirməsidir.