8 yaşlı qızın ölümündə təqsirləndirilən həkimlərə qarşı əlavə ittiham irəli sürüldü


Kriminal 20 İyn 2018 18:53:39 291 0

8 yaşlı qızın ölümündə təqsirləndirilən həkimlərə qarşı əlavə ittiham irəli sürüldü

Cərrahiyyə əməliyyatı zamanı ölən 18 yaşlı qızın ölümündə təqsirləndirilən cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadəyə qarşı istintaq orqanı tərəfindən əlavə ittiham irəli sürülüb.

Son.az APA-ya istinadən bildirir ki, hər iki şəxsə qarşı əlavə olaraq Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüldüyü açıqlanıb.

İş Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə prosesi yaxın vaxtlarda başlayacaq.