Beynəlxalq Muğam Mərkəzində "Dastan gecələri" adlı möhtəşəm layihə davam edir


Kriminal 20 İyn 2018 18:40:00 299 0

Beynəlxalq Muğam Mərkəzində "Dastan gecələri" adlı möhtəşəm layihə davam edir

Beynəlxalq Muğam Mərkəzində "Dastan gecələri" adlı möhtəşəm layihə davam edir.

İyunun 19 - da Beynəlxalq Muğam Mərkəzində "Dastan gecələri" layihəsi çərçivəsində "Küçə Rza" dastanı təqdim olunub.

Layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin  və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Tədbirdə  filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli çıxış edərək, "Dastan gecələri" adlı layihənin dastan yaradıclığının ,aşıq poeziyasının tamaşaçılara  daha geniş və ətraflı şəkildə  təqdim edilməsi üçün böyük imkanlar yaratdığını qeyd edib.  

Aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus hadisəsidir. Bu sənət müxtəlif mərhələlərdən keçib, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib.

2009-cu ildə Azərbaycan aşıq sənəti Azərbaycan xalqının mənəvi-mədəni sərvəti kimi YUNESKO-nun "Qeyri-maddi mədəni irs üzrə reprezentiv siyahı"sına daxil edilmişdir.


Xəbərə aid fotolar