Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək


Siyasət 20 İyn 2018 18:27:20 299 0

Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, rəsmi səfər iyunun 24-25-də baş tutacaq.

Rusiya nümayəndə heyətinin tərkibində Dağıstan parlamentinin sədri Xızrı Şıxsəidov da yer alacaq.

Səfər zamanı Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf məsələləri nəzərdən keçiriləcək.