Çavuşoğlu: "İran və İraq PKKya qarşı hərbi əməliyyatlarda iştirak etmir"


Siyasət 20 İyn 2018 17:23:00 312 0

Çavuşoğlu: "İran və İraq PKKya qarşı hərbi əməliyyatlarda iştirak etmir"

İran və İraq PKK terror təşkilatına qarşı İraqın şimalında aparılan hərbi əməliyyatlarda iştirak etmirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, İraqın şimalında PKK ilə mübarizə çərçivəsində aparılan əməliyyatlar bu ölkənin suverenliyinə qarşı yönəlməyib.

M.Çavuşoğlu qeyd edib ki, Türkiyənin öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə haqqı var: "PKK bütün region üçün real təhdiddir".