Azərbaycan və Vyetnam hökumətlərarası komissiyanın protokolu imzalandı


Siyasət 20 İyn 2018 14:25:00 350 0

Azərbaycan və Vyetnam hökumətlərarası komissiyanın protokolu imzalandı

Bu gün Bakıda Azərbaycan və Vyetnam iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın ikinci iclasının protokolunu imzalayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu sənəd bir sıra sahələr üzrə, o cümlədən ticarət, investisiya, energetika, kənd təsərrüfatı, kommunikasiya, yüksək texnologiyalar sahələrində əməkdaşlığı əhatə edir.

Protokolu komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət naziri Tran Tuan Anhin imzalayıb.