Paytaxtda qadını soymağa cəhd edən şəxslər saxlanıldılar


Kriminal 19 İyn 2018 17:28:00 388 0

Paytaxtda qadını soymağa cəhd edən şəxslər saxlanıldılar

Paytaxtın Nizami rayonu ərazisində soyğunçuluğa cəhd edən 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, iyunun 18-də Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan iki qadın həmin gün saat 18 radələrində rayon ərazisindəki ayrı-ayrı ünvanlarda naməlum şəxsin zor tətbiq edərək onların içərisində parfümeriya, bijuteriya və sənədləri olan çantalarını almağa çalışdığını, lakin istəyinə nail olmadıqda qaçıb aradan çıxdığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğa cəhd etməkdə şübhəli bilinən 2 nəfər "isti izlər"lə polis əməkdaşları tərəfindən saxlanılıblar.