Heydər Əliyev Fondunun təqdim etdiyi azərbaycanlı dirijor beynəlxalq konkursda FOTO


Kriminal 19 İyn 2018 16:33:00 362 0

Heydər Əliyev Fondunun təqdim etdiyi azərbaycanlı dirijor beynəlxalq konkursda  FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mədəniyyətin inkişafına və təşviqinə böyük töhfələr verir. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin inkişafı, təbliği, mədəni abidələrin qorunmasına dair mühüm layihələrin müəllifidir. Layihəmizə göstərilən diqqətə görə Heydər Əliyev Fonduna, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Parisdə "Radio France" radiostansiyasının əsas binasında Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar konkursunun yarımfinalına dair mətbuat konfransında konkursun təsisçisi Marina Bouer bildirib.

Qeyd edib ki, bu il Heydər Əliyev Fondu tərəfindən konkursa təqdim olunan Fuad İbrahimovun namizədlik dosyesi yüksək qiymətləndirilib və o, yarımfinala yüksəlib. Ümid edirik, bu azərbaycanlı istedadlı dirijoru finalda görəcəyik.


Xəbərə aid foto