Cinayətdə şübhəli bilinən 17 nəfər saxlanılıb


Kriminal 17 İyn 2018 10:29:13 242 0

Cinayətdə şübhəli bilinən 17 nəfər saxlanılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 20-si "isti izlər"lə açılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.