Ermənistanın atəşkəsi pozması nəticəsində Qazax sakini güllə yarası alıb


Siyasət 15 İyn 2018 18:19:41 385 0

Ermənistanın atəşkəsi pozması nəticəsində Qazax sakini güllə yarası alıb

Yaralı Quşçu Ayrım kənd sakini Gulanə Ağamaliyevadır

Ermənistan silahlı bölmələrininatəşkəsi pozması nəticəsində Qazax rayon sakini güllə yarası alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yaralı dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Yaralı Quşçu Ayrım kənd sakini, 1991-ci il təvəllüdlü Ağamaliyeva Gulanə Afiq qızıdır. O, düşmən tərəfindən açılan atəş nəticəsində ayağından yaralanıb. Yaralı Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.