Bakı sakini 1500 manat irəli düşmək istədi,


Kriminal 15 İyn 2018 16:50:00 280 0

Bakı sakini 1500 manat irəli düşmək istədi,

Anasının Gülhanədə ürək əməliyyatı olunması üçün 70 min dollar lazım olduğundan məzənnənin ən ucuz həddində dollar almaq istəyi Əhməd Orucova baha başa gəlib. Əvvəllər dəfələrlə borc pul verdiyi tanışı ona məzənnədən ucuz qiymətə dollar tapacağını vəd etsə də, nə sözünə əməl edib, nə də aldığı 118 min manatı ona geri qaytarıb. Əlacsız qalan Ə.Orucov isə hüquq-mühafizə orqanlarına müraciət edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan 30 yaşlı Səidi Cəlal Rəhmət oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Son.az-ın virtualaz.org-a  istinadən xəbərinə görə, istintaqla müəyyən edilib ki, ötən ilin mart ayında Səidi Cəlal tanışı Əhməd Orucova məzənnədən ucuz qiymətə ABŞ dolları verəcəyini vəd edərək onun 118 min manat pulunu ələ keçirməklə dələduzluq edib.

Törətdiyi cinayət əməlinə görə S.Cəlala qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Səidi Cəlal ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər Dərnəgül qəsəbəsindəki hamam aksessuarlarının satışı ilə məşğul olan "Pelit MMC"də, sonralar isə Xırdalanda "Mətanət A" şirkətində satış meneceri işləyib. Bununla yanaşı, həm də 2016-cı ildən etibarən cay evini icarəyə götürüb işlədib. Pula ehtiyacı olduğunu deyən S.Cəlal orta məktəbdə bir yerdə oxuduğu sinif yoldaşı Babək Məmmədovdan hər ay 10 faiz ödəmək şərtilə 5 min manat borc pul alıb: "Ödəyəcəyim məbləğ aldığım əsas məbləğə aid deyildi. 2016-cı ilin martından Babəkə hər ay 500 manat verirdim. Babək pulu tanışı Əhməd Orucovdan alıb mənə vermişdi. Sonradan əlavə olaraq Babəkdən 4 min dollar da borc aldım. Hər ay ona 900 manat ödəyirdim".

S.Cəlal həmin ərəfədə tanışlarına, həmçinin keçmiş sinif yoldaşı Babəkə deyib ki, işlədiyi şirkətdən ucuz qiymətə dollar ala bilər. Əgər istəyən olarsa, yanına göndərsin, əvəzində ona da xeyir verəcək. Babək də bu haqda Ə.Orucova məlumat verib: "Əhməd üçün 1 manat 65 qəpikdən dollar təşkil edə biləcəyimi dedim. 2016-cı ilin iyul ayından ötən ilin martınadək əvvəllər Babəkin vasitəsilə, sonrasa özüm Əhməddən müxtəlif miqdarda manatla pullar almışam, əvəzində dollar qaytarmışam. Dərnəgül bazarının yaxınlığında real məzənnəyə uyğun pulu dəyişib Əhmədə verirdim. Hər dəfə ondan pul alıb dollara dəyişəndə ziyana getsəm də, daim cibimdə pul olsun deyə Əhmədlə dollar alverini davam etdirirdim. Mənim Əhmədə 118 min manat deyil, 48 min manat borcum var. Dollar alverini tək etmişəm, bu əməlimdən heç kimin xəbəri olmayıb".