Rəsmi Moskva: Əlverişli mühitin yaradılması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas zəmin sayılır


Siyasət 15 İyn 2018 15:41:18 314 0

Rəsmi Moskva: Əlverişli mühitin yaradılması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas zəmin sayılır

Əlverişli mühitin yaradılması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas zəmin sayılır.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova qeyd edib: "Əlbəttə, əlverişli mühitin yaradılması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini irəliyə aparır və bu problemin həlli üçün əsas zəmin sayılır".