Mariya Zaxarova: "Azərbaycanla Ermənistanın bir-biri ilə əlaqələrini inkişaf etdirməsini istəyirik"


Siyasət 15 İyn 2018 15:25:00 325 0

Mariya Zaxarova: "Azərbaycanla Ermənistanın bir-biri ilə əlaqələrini inkişaf etdirməsini istəyirik"

"Biz istəyirik ki, iki xalq bu qanlı problemi həll etsin"

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün maksimum səy göstərir".

"Report"un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz istəyirik ki, iki xalq bu qanlı problemi həll etsin. İkincisi, biz Azərbaycan və Ermənistanla əlaqələri inkişaf etdirmək niyyətindəyik. Eyni zamanda AzərbaycanlaErmənistanında bir-biri ilə əlaqələrini inkişaf etdirməsini istəyirik. Məqsədimiz münaqişənin həllini uzatmaq deyil, tezliklə həll etməkdir", - o qeyd edib.

M.ZaxarovaAzərbaycan və Ermənistan XİN başçılarının mümkün görüşünüşərh edərkən bildirib ki, bu məsələylə bağlıiki ölkənin xarici diplomatiya idarəsinə müraciət etmək lazımdır.