Gəncə sakini xalası oğlu tərəfindən bıçaqlanıb


Kriminal 15 İyn 2018 08:42:00 244 0

Gəncə sakini xalası oğlu tərəfindən bıçaqlanıb

Gəncədə bıçaqlanma olub. Son.az APA-ya istinadən bildirir ki, şəhər sakini 1974-cü il təvəllüdlü Sevinc Xəlilova bədənin müxtəlif nahiyələrinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.

Məlumata görə, S. Xəlilova xalası oğlu tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.